təsərrüfat ortaqlıqları və cəmiyyətləri

-Təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Mülki Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər

təsərrüfat əməliyyatları
təsərrüfat subyekti
OBASTAN VİKİ
Polikultur təsərrüfat
Polikultur təsərrüfat - İxtisaslaşması aydın nəzərə çarpmayan çoxsahəli kənd təsərrüfatıdır.
İordaniyanın təsərrüfat sahələri
== Ümumi məlumat == İordaniya orta səviyyəli inkişaf etmiş sənaye-aqrar ölkəsidir. Tarixən əkinçilik və heyvandarlıq ölkəsi kimi formalaşan İordaniya iqtisadiyyatında İkinci Dünya müharibəsi illərində bir qədər dirçəliş olmuşdur. Belə ki, ingilis müstəmləkəçiləri burada hərbi şəhər və anbarlar tikir, yollar və neft kəmərləri inşa edir, məhsuldar torpaqlardan maksimum dərəcədə istifadə edirdilər. Bu illərdə sənaye sahələri birtərəfli inkişaf edir, əsasən kustar sənətkarlığa, yeyinti və yüngül (toxuculuq) sənaye sahələrinə fikir verilir, əhalinin 70%-i kənd təsərrüfatında çalışırdı. Müstəqillik əldə olunduqdan sonra hökumət iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən addımlar atmağa başlayır, ilk növbədə xarici mütəxəssislər və kapitalın köməyilə mədən sənayesinin (əsasən fosforit çıxarılması və Ölü dənizdən müxtəlif duzların istehsalı) inkişafına diqqət artırılır. Sonrakı illərdə ərzaq məhsullarının yetişdirilməsinə xüsusi fikir verilir. XX əsrin 80-ci illərindən etibarən isə turizm ölkəyə böyük həcmdə valyuta gətirməyə başlayır. Əvvəllər sənaye müəssisələrinin əksəriyyəti paytaxt rayonunda cəmləşmişdirsə, sonrakı illərdə hökumət yeni-yeni mərkəzlər yaradır. İordaniyada mədən sənayesinin (fosforit və duz çıxarılması)inkişafı güclü kimya sənayesinin yaranmasına (fosfor gübrələri, yuyucu tozlar, müxtəlif növ sabun və s. istehsalı) səbəb olmuşdur.
Zəngəzur Cəmiyyətləri Birliyi
Zəngəzur Cəmiyyətləri Birliyi — Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilat. == Haqqında == “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi 1992-ci ilin 15 aprelində Bakı Dövlət Universitetinin Akt zalında Zəngəzur bölgəsindən olan 300-dən çox tanınmış alim, yazar, ziyalı, dövlət və ictimai xadimlərin iştirakı ilə keçirilən təsis konfransında yaradılıb və 1992-ci ilin mayın 20-də Dövlət qeydiyyatına alınıb (№176).[mənbə göstərin]İctimai xadim, tarix elmləri doktoru Kamran Hüseynov Birliyin ilk sədri seçilib. İkinci sədri Tofiq Mehdiyev uzun illər rəhbər partiya, dövlət işlərində çalışıb, XI, XII çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, hazırda Birliyin Ağsaqqallar Şurasının sədridir.[mənbə göstərin]2010-cu ildən İctimai Birliyin sədri tarix üzrə fəlsəfə doktoru Hacı Nərimanoğludur.[mənbə göstərin]Birlik QHT Şurasının və QHT Agentliyinin maliyyə dəstəyi ilə son 12 ildə Azərbaycan, Çexiya və Türkiyədə 12 layihəni icra edib, layihələrin icrası dəfələrlə "əla" qiymətləndirilib, Fəxri fərmanlara layiq görülüb. 2013-cü ildən Birliyin zengezur.com saytı fəaliyyətdədir. Birliyin Sisian, Gorus, Qafan, Mehri, Laçın, Zəngilan, Qubadlı, Kəlbəcər, Cəbrayıl özəkləri və Türkiyədə nümayəndəliyi vardır. QHT-nin maliyyələşdirdiyi layihələr çərçivəsində nəşr edilən “Türk, ya erməni soyqırımı? Gerçək tarix rus, ingilis, fransız, amerikan, yəhudi, gürcü, erməni şahidlərin gözü, sözü ilə” kitabının (müəllif H.Nərimanoğlu) Praqada, “Zəngəzurda doğuldular, Anadoluda əbədiyyətə qovuşdular” kitabının (müəllif H.Nərimanoğlu) Türkiyənin Rizə, Amasya, Samsun universitetlərində təqdimatları keçirilib. Eləcə də Birliyin hazırlayıb nəşr etdirdiyi, ölkəmizdə ilk təşəbbüs olaraq Vətənimizin şimal bölgəsində yaşayıb Azərbaycan, ləzgi, tat, xınalıq, dağ yəhudiləri, qırız, buduq dillərində yazıb yaradan 55 şair və nasirin yaradıcılığından 8 dildə seçmələrin toplandığı “Bir yanı Şah dağı, bir yanı Xəzər” və respublikamızın cənub bölgəsində doğulub yaşayan, Azərbaycan və talış dillərində yazıb yaradan 128 şair və nasirin yaradıcılığından seçmələrin toplandığı “Gəl bizim yerlərə...” kitab - almanaxlarının 14 rayonda təqdimatları keçirilərək 120 kitabxanaya paylanıb. Zəngəzur bölgəsinin tarixinə, Qaçaq Nəbi, Sultan bəy və Xosrov bəy qardaşlarına, Milli Qəhrəman Əliyar Əliyevin döyüş yoluna həsr olunmuş 7 monoqrafiya və elmi-kütləvi kitablar nəşr edib, sənədli filmlər çəkib, 30 konfrans, müsabiqə, dəyirmi masa, təqdimat təşkil edib.[mənbə göstərin]2022-ci ildə QHT Agentliyinin maliyyəsi ilə həyata keçirilən “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində Birlik həm də “Şəhidlər”, “Şərqi Zəngəzur”, “Qardaşlığın Zəfəri”, “Şuşa-270” kitablarını nəşr edib, Şuşa, Cəbrayıl, Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə təqdimatlarını keçirib, layihə barədə KİV-də, 4 televiziya da daxil olmaqla, 63 informasiya yayılıb, sosial şəbəkədə 24 paylaşma 10 mindən çox oxunma, bəyənmə olub (siyahı bu linkdə). Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində respublikamızda ilk "QHT Kitabxanası" yaradıb və bir neçə tədbir keçirib.
Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası İsveçrənin Cenevrə şəhərində yerləşən ümumdünya humanitar yardım təşkilatıdır. 192 üzvdən ibarət Milli Cəmiyyətləri vasitəsilə hər il 160 milyon insana yardım edilir. O, həssas insanların ehtiyaclarını ödəmək və həyatlarını yaxşılaşdırmaq üçün fəlakətlərdən və fövqəladə vəziyyətlərindən əvvəl, fəlakət zamanı və ondan sonra fəaliyyət göstərir. Təşkilat milliyyət, irq, cins, dini inanclar, sinfi və siyasi fikirlərə münasibətdə qərəzsiz davranır. 5 may 1919-cu ildə Birinci Dünya Müharibəsindən sonra Müttəfiq Dövlətlərin Milli Qızıl Xaç Cəmiyyətlərinin (Birləşmiş Krallıq, Fransa, İtaliya, Yaponiya və ABŞ) nümayəndələri Qızıl Xaç Cəmiyyətləri Liqasını (LORCS) yaratmaq üçün Parisdə bir araya gəldilər. IFRC Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və 192 Milli Cəmiyyətlərlə birlikdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının bir hissəsidir.Azərbaycan Qızıl Aypara Cəmiyyəti IFRC'nin Azərbaycandakı rəsmi nümayəndəsidir. Türkiyə Qırmızı Aypara Cəmiyyəti isə Türkiyədə əsas nümayəndədir.
Azərbaycan Mərkəzi İstehlak Cəmiyyətləri İttifaqı
Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı (1920-1996-cı illərdə Azərbaycan İstehlak Cəmiyyətləri İttifaqı) və ya qısaca Azərittifaq- 1920-ci ildə Xəzər Topdansatış Əməliyyat Cəmiyyəti ittifaqının bazasında təşkil olunmuş qurum. == Tarixi == === Sələfi === Azərbaycanda kooperasiya hərəkatı neft mədənləri rayonlarında (Balaxanı, Bibiheybət) fəhlə istehlak kooperativlərinin təşkili ilə başlamışdır. İlk istehlak cəmiyyəti Bakıda (1887), daha sonra isə Xankəndidə (1899) yaradılmışdır. 1915-ci ilin mayında Bakının 12 istehlak cəmiyyəti (10 mədən-zavod və 2 şəhər) birləşərək "Topdansatış Əməliyyatları Cəmiyyəti-Kooperasiya" adlı istehlak cəmiyyətləri ittifaqını yaratdılar. Həmin il dekabr ayının ayının ortalarında həmin cəmiyyət özündə 18 istehlak cəmiyyətini özündə birləşdirirdi. 1916-cı ilin dekabrında isə onların sayı 48-ə çatmışdı. 1917-ci ilin iyulunda Tiflis və İrəvan quberniyalarının ittifaqın tərkibinə daxil olması ilə əlaqədar müvəkillərin növbəti yığıncağında ittifaq "Xəzər İstehlak Cəmiyyətləri İttifaqı" (mərkəzi idarəsi Bakıda olmaqla) adlandırıldı. 1918-ci ilin əvvəlində Azərbaycanda artıq 287 istehlak cəmiyyəti fəaliyyət göstərirdi. Onların yarıdan çoxunu, təxminən 56 faizini kənd istehlak cəmiyyətləri, 32 faizini şəhər, 10 faizini isə mədən-zavod cəmiyyətləri təşkil edirdi. Rusiyada baş verən inqilab ərzaq böhranı yaradmaqla, bu cəmiyyətlərin dağılmasına səbəb oldu.
Abbas və Gülgəz
“Abbas və Gülgəz” – XVII əsr Azərbaycan məhəbbət dastanı. == Haqqında == Azərbaycan xalq dastanları içərisində elələri var ki, qəhrəmanlıqla məhəbbətin birləşdirilməsi yolu ilə yaradılmışdır. Xalq içərisində sevilib geniş yayılan “Əsli və Kərəm”, “Abbas və Gülgəz”, “Seydi və Pəri”, “Məhəmməd və Güləndəm”, “Leyli və Məcnun” və s. dastanları bu qəbildəndir. Abbas və Gülgəz XVII əsrdə yaranmış Azərbaycan məhəbbət dastanlarından biridir. Ehtimal olunur ki, Aşıq Abbas Tufarqanlının həyatı və şeirləri əsasında qoşulmuşdur. == Məzmunu == Abbasın sevgilisi Gülgəz zorla şah sarayına aparılır. Abbas müxtəlif çətinliklərdən keçərək məhəbbətinə qovuşur. Dolğun lirik-epik surətlər, gərgin süjet xətti “Abbas və Gülgəz”-i orta əsrlər Azərbaycan məhəbbət dastanının kamil nümunəsi səviyyəsinə yüksəltmişdir. == Variantları == Dastanın indiyədək yeddi variantı toplanmışdır: Azərbaycan məhəbbət dastanları.
Abra və Yutpa
Abtu və Anet
Abtu və Anet — == Ümumi məlumat == Misir mifologiyasının 2 az tanınan personajı Abtu və Anet real ölçülərdən bir qədər uzaq, bir-birinə yoldaş və müqəddəs iki balıqdır.Əsas vəzifələri baş tanrı Amon Ranın gəmisi qarşısında ona yarana biləcək hər cür təhlükəyə qarşı diqqətlə hazır olub onu müdafiə etməkdir.Gəzdikləri və səyahət etdikləri ərazilərin sərhədi yoxdur.Gəmi gündüzlər səmada Şərqdən Qərbə-gündoğandan günbatana yelkən açar və gecələri qayıdıb yeraltına doğru əks istiqamətdə hərəkət edərmiş. == İstinadlar == == Ədəbiyyat == X.L.Borxes.
Akrotiri və Dekeliya
Akrotiri və Dekeliya, rəsmi adı ilə Akrotiri və Dekeliya Suveren Baza Əraziləri — Kipr adasında yerləşən Böyük Britaniyanın dəniz ərazisi. İngilis hərbi bazaları və qurğuları, habelə digər torpaqlar daxil olan ərazilər Birləşmiş Krallıq, Yunanıstan, Türkiyə və Kipr rum və türk icmalarının nümayəndələri tərəfindən imzalanmış 1960-cı il müstəqillik müqaviləsinə əsasən ingilislər tərəfindən saxlanılıb. Ərazi elektron kəşfiyyat üçün stansiya kimi mühüm rol oynayır və Aralıq dənizi və Yaxın Şərqdə Birləşmiş Krallığın müşahidə toplama şəbəkəsinin mühüm strateji hissəsini təmin edir. == Tarixi == Suveren Baza Əraziləri Kipr Britaniya imperiyasından müstəqillik əldə etdikdən sonra 1960-cı ildə BMT-də 5476 saylı müqavilə kimi qeydə alınan London və Zürix razılaşmaları ilə yaradılmışdır. Birləşmiş Krallıq bu ərazilər üzərində suverenliyini saxlamaq istəyirdi, çünki bu, Birləşmiş Krallığın Kiprdəki hərbi bazalarından, o cümlədən RAF Akrotiridən və Britaniya Ordusunun qarnizonundan istifadəyə zəmanət verirdi. Bazaların ingilislər üçün əhəmiyyəti adanın Aralıq dənizinin şərq kənarında, Süveyş kanalına və Yaxın Şərqə yaxın strateji yerləşməsinə əsaslanır.1961-ci ilin iyul və avqust aylarında Dekeliya Suveren Baza Ərazisinə şirin su daşıyan boru kəmərinə qarşı bir sıra bombalı hücumlar oldu. Boru kəməri on iki dəfə partlayışla pozulmuşdu. 1970-ci illərin əvvəllərində ABŞ Rusiyanın cənubunda təyyarə əməliyyatlarını və raket sınaqlarını müşahidə edə bilən "Cobra Shoe" adlı üfüqdən kənar radar qurdu. Bu, USAF adından RAF tərəfindən idarə edildi. Bu, 1960-cı illərin əvvəllərində Sandra layihəsi adlı daha əvvəl qurulmuş ingilis sistemini genişləndirdi.
Albuminlər və qlobulinlər
Analiz və sintez
Analiz anlayışı - Analiz dedikdə hər hansı bir şəkildə verilmiş qurğunun giriş informasiyasının çıxış informasiyasına çevrilməsi və bu çevrilmə prosesinin xüsusiyyətlərinin aydınlaşdırılması başa düşülür. == Haqqında == Sonlu avtomatlarda və kombinasiyalı DQ-də analiz məsələsi qurğunun verilmiş sxemi üzərində həll olunur. Bunun üçün isə sxemin qurulma qaydasını və funksiyaların hesablanma üsulunu bilmək vacibdir. Deməli, əvvəl sxemi təşkil edən hər bir elementin funksiyası və bu elementlərin bir-biri ilə birləşməsinə görə qurğunun funksiyası təyin edilməlidir.Yaddaşsız və ya sonlu yaddaşa malik qurğuların sxemlərində reallaşdırıla biləcək funksiya üçün bütün informasiya olursa, belə DQ-r çox zaman sərt məntiqli qurğular adlanır. Sonsuz yaddaşa malik qurğularda isə qurğunun fəaliyyət funksiyası proqramda olur. Əvvəlki movzularda deyildiyi kimi bu qurğular proqramlaşdırıla bilən məntiqli qurğular adlanır. Odur ki, məntiqli proqramlaşdırıla bilən qurğularda analiz məsələsi funksiyanın təyinindən və proqrama görə onun xüsusiyyətinin müəyyənləşdirilməsindən ibarətdir. Sintez məsələsinin həlli yaddaşsız və sonlu avtomatlarda giriş informasiyasının çıxış informasiyasına çevrilməsinə görə sxemin qurulmasından irəli gəlir == Xüsusiyyətləri == Sonlu avtomatların sintezi bir neçə mərhələdə yerinə yetirilir: blok sintezi – funksional əlamətinə görə avtomat bloklara bölünür; mücərrəd sintez – hər blokun iş şəraiti formalaşdırılır; struktur sintez – verilmiş iş şəraitini reallaşdıran sxemin qurulması; etibarlığın sintezi; DAT qurğularında əlavə olaraq təhlükəsiz şəraitə görə sintez aparılır; texniki sintez mərhələsində elementlərin məxsusi xüsusiyyətinə və onların birləşməsinə, yüklənmə qabiliyyətinə, iqlim və mexaniki parametrlərinə baxılır. struktur izafilik yaratmaqla qurğunun sxeminin fəaliyyət etibarlığının təmin olunmasıYuxarıda göstərilən mərhələlər şərtidir, təcrübədə müəyyən mərhələlər birləşdirilir və ya ixtisara salınır. Hazırda avtomatlaşdırılmış layihələndirmə sistemləri mövcud olduğundan, mürəkkəb avtomatlar üçün bu mərhələlər avtomatik yerinə yetirilir.
Anime və manqa
Anime (yap. アニメ, azərb. Animasiya‎) — yapon animasiyası. Anime cizgi filmləri qərbin cizgi film texnikası ilə yapon ənənələrini birləşdirib eksperimentlər edən yapon rejissorlarının təcrübəsi nəticəsində yaranmışdır. Başqa ölkələrin çəkdiyi animasiyalardan fərqli olaraq, anime bütün yaş qrupların üçün nəzərdə tutulur (hətta yaş və cins qruplara görə janrlara bölünür) və buna görə dünyada məşhurluq qazanmışdır. O cümlədən, personajların və fonların cizgisində də müxtəlif tərzi var. Anime üçün əsas süjet mənbələri: manqa (yapon komiksləri), ranobe (roman növü) və kompüter oyunları. Bəzən klassik ədəbiyyat kimi başqa mənbələr istifadə edilir. Bəzən isə anime süjetı orijinal ola bilər (onda isə, artıq bu süjetın əsasında animenın kitab və manqa versiyaları yaradıla bilər). «Anime» sözün mənası kontekstdən aslı olaraq dəyişilə bilər.
Antiqua və Barbuda
Antiqua və Barbuda — Vest-Hinddə, Karib Dənizinin şərqində, Kiçik Antil adaları arxipelaqının Küləktutan adalar qrupunda dövlət. == Ümumi məlumat == Antiqua, Barbuda, Redonda (məskunlaşmamışdır) adalarından və Antiqua adası yaxınlığındakı bir neçə xırda adadan ibarətdir. Sahəsi 443 km2 (o cümlədən Antiqua a. – 281 km2, Barbuda a. – 161 km2). Əhalisi 71,3 min (2004). Paytaxtı Sent-Cons şəhəridir (Antiqua adasında). Rəsmi dili ingilis dili, pul vahidi Şərqi Karib dollarıdır. İnzibati cəhətdən 6 icmaya və 2 qəyyumluq altında olan əraziyə (Barbuda, Redonda) bölünür. Antiqua və Barbuda BMT-nin (1981) və ADT-nin (1981) üzvüdür.
Apokaliptika və postapokaliptika
Apokaliptika və postapokaliptika — Elmi fantastika, elmi fantaziya və qorxu fantastikanın altjanrı. Bu janrlarda olan əsərlərin süjetləri qlobal fəlakət yaşamış br dünyada inkişaf edir. Əsərlərdə baş verən apokalipsis hadisəsi qaçınılmaz qlobal istiləşmə kimi iqlimi, zərbə hadisəsi kimi təbbi, nüvə müharibəsi və ya təbii ehtiyatların tükənməsi kimi süni, pandemiya kimi tibbi, qiyamət günü, parusiya və ya raqnarök kimi esxatoloji və ya zombi-apokalipsi, maşınların üsyanı, texnoloji tekillik, disgenetika və ya əcnəbilərin hücumu kimi bədii ola bilər. Əsərin süjeti fəlakət hadisəsinin qarşısının alınması cəhdi, hadisənin nəticələriylə ilə məşğul olmaq və yaxud postapokaliptik, fəlakətin sonrasıyla bağlı ola bilər. Vaxt çərçivəsi sağ qalanların psixologiyası və çətinlikləri, insan irqinin canlı qalması üçün etdikləri üzrə mərkəzləşərək fəlakətdən dərhal sonra, yaxud fəlakət əvvəli insan mədəniyyətinin unudulması (və ya mifləşdirilməsi) üzrə mərkəzləşərək fəlakət hadisəsindən xeyli sonra başlaya bilər. Postapokaliptik məzmunlar adətən texnologiyasız və ya cəmiyyətin və texnologiyanın səpələnmiş halda olduğu bir gələcəkdə baş verir. Babilistan və ibranilər daxil olmaqla, müxtəlif qədim cəmiyyətlər "Gilqameş dastanı" (təx. b.e.ə. 2000–1500) kimi dünya və insan cəmiyyətinin sonuna həsr olunmuş apokaliptik ədəbiyyat və mifologiya əsərləri yaratmışdır. XIX əsrin əvvəllərində Meri Şellinin "Sonuncu adam" romanı nəşr olunandan bəri müasir apokaliptik əsərlər yazılır.
Apollon və Hiakinf
Apollon və Hiakinf, Volfqanq Amadeus Motsartın Rufinus Vidl tərəfindən Latın dilində yazılmış librettosunda üç pərdədən ibarət bir operadır. 13 may 1767-ci ildə Zalsburq Universitetində Klementia Kroesi adlı daha böyük bir əsər şəklində tamaşaçılara təqdim edildi. Bu opera Motsartın ilk əsl operasıdır, daha əvvəl 11 yaşı olarkən "Die Schuldigkeit des ersten Gebotes" (Birinci əmrin vəzifəsi) adlı bir oratoriya yazmışdır. Başlığından göründüyü kimi, bu opera Yunan mifologiyasına daha doğrusu, Roma şairi Ovidin metamorfozlarına söykənir. Rəvayətə görə, Apollonun atdığı bir disk Hiakinfin başına dəyir və təsadüf şəklində o, ölür. Başqa bir mif də Hiakinfin ölümünə səbəbkar olaraq, külək tanrısı Zefir göstərilir. Apollonu qısqanan Zefir, onun atdığı diskin traektoriyasını yayındırmaq üçün, öz qüvvəsindən istifadə edir ki, bu da Hiakinfi yaralayıb öldürür. Hiakinf öldükdə, Apollon, Hiakinfin qanı sayəsində böyüyən bir siçanı, bir çiçəyə çevirir. Librettist və kahin Rufinus Vidl, işin mənəvi-əxlaqi cəhətdən yaxşı qurulması üçün hekayəyə Melyanı əlavə etməklə dəyişdirdi. == Arqument == === I pərdə === Qarışıq qısa bir tarixi təkrarlama ilə başlayır.
Aran və Bidgül
Aran və Bidgül — İranın İsfahan ostanının şəhərlərindən və Aran və Bidgül şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 55,651 nəfər və 15,556 ailədən ibarət idi.
Art və Xaos
Art və Xaos — Qaraqanın 2019-cu ildə nəşr olunan fəlsəfi əsəri. == Məzmun == O qədər də tanınmayan balaca bir ölkənin həddən artıq məşhur rok ifaçısı Eyden Nyu-Yorka köçür. Ulduz statusundan, konsertlərdən və milyonların sevgisindən bezib böyük bir meqapolisin beton küçələrində heç kim olmaq... Eyden uzun illər axtardığı azadlığı yalnız hər şeyini itirəndən sonra tapır. "Sıradan biri" olmaqdan ləzzət ala-ala yaşayan musiqiçi Art və Xaosla üzləşir. Nədir Art və Xaos? Amerikalı gənclər Nyu-Yorkdan iki saatlıq məsafədə yerləşən "Art və Xaos" adlı bu qəribə hostelə toplaşıb nə edir? Ən əsası Xloe kimdir? Amerikalı qızla Eydenin arasında baş verənlər incəsənətdir, yoxsa Xaos? Art və xaos...
Aslan və Günəş
Aslan və Günəş (həmçinin Şir və Günəş, Şiri-Xurşid; fars. شیر و خورشید‎, Şir-o xorşid, pronounced [ˌʃiːɾo xoɾˈʃiːd]) — qədim Şərq simvollarından biri. Əsasən oğuz türklərinin (xüsusən də Azərbaycan türklərinin) və İranın gerblərindən biri kimi tanınır. Bu, 1979-cu il İran inqilabına qədər İranın milli bayrağının elementi olmuş, hələ də İran İslam Respublikası hökumətinə müxalif qruplar tərəfindən istifadə olunur. Qədim və müasir İran adət-ənənələrini əks etdirən motiv XII əsrdə İranda məşhur simvola çevrilmişdir. "Aslan və Günəş" simvolu əsasən astronomik və astroloji konfiqurasiyalara əsaslanır. Şir bürcünün arxasındakı Günəş simvolu qədimdir, mənşəyi Babil astrologiyasına və Yaxın Şərq ənənələrinə gedib çıxır.Motivin bir çox tarixi mənası var. Bu, ilk növbədə, elmi və sekulyar bir motiv olaraq, yalnız astroloji və zodiakal simvol idi. "Aslan və Günəş" Səfəvilər və erkən Qacar ​​padşahlarının hakimiyyətləri dövründə daha çox şiə islam ilə əlaqələndirilmişdir. Səfəvilər dövründə "Aslan və Günəş" cəmiyyətin iki sütununu, dövləti və islam dinini təmsil edirdi.
Astika və Nastika
Astika (sanskr. आस्तिक) və Nastika (sanskr. नास्तिक) — hinduizmdə qeyri-ortodoksal fəlsəfi məktəbləri fərqləndirmək üçün istifadə olunan adlandırmalar. Astika vedalara (hinduizmdə müqəddəs yazılar) əsaslanır, Nastika isə vedaları qəbul etmir (ehkamları, kasta sistemini və s. də o cümlədən). Astikaya 6 fəlsəfi məktəb (darşan) aid edilir: nyaya\vayşeşika, sankhya\yoqa, mimansa\vedanta. Yaxın olduqları üçün onları cüt-cüt yazırlar. Nastikaya buddizm, caynizm və lokoyata aid edilir.
Atalar və oğullar
Atalar və oğullar — rus yazıçı İvan Turgenevin ən məşhur əsəri. 1862-ci ildə yazılmış əsərin adı original olaraq "Отцы и дети" olsa da, azərbaycancaya "Atalar və oğullar" olaraq tərcümə edilmişdir. Əsərin hekayəsi 1850-ci illərin Rusiyasında keçir. Universitetdən yeni məzun olan Arkadi Kirsanov dostu Yevgeni Bazarovla birlikdə atasının malikanəsinə gəlir. Arkadinin atası Nikolay gəncləri öz malikanəsində, Marinoda sevinclə qarşılayır, lakin Nikolayın qardaşı Pavel bu gəlişdən heç də məmnun qalmır. Bunun səbəbi isə gənclərin, xüsusilə də Bazarovun davamçısı olduğu nihilizm fəlsəfi cərəyanıdır. Əsərin baş qəhrəmanı Bazarov tibb tələbəsi və qatı nihilistdir. O Arkadiyə müəllimlik edir, "qocaların" — Kirsanov qardaşlarının liberal ideyalarını amansızlıqla lağa qoyur. Bazarov üçün köhnə dünyadan qalmış heç bir qayda keçərli deyil, o bunları yıxmağa qərarlıdır. Pavelin kinayə ilə soruşduğu "Bəs hər şeyi dağıdandan sonra nə edəcəksiniz?" sualına isə, Bazarov "Bilmirik.
Austin və Ally
Ostin və Elli bir Disney Channel orjinal serialıdır. Serial 4 dekabr 2011 - də başladı. Ondan əvvəl serialın ön nümayişi 2 dekabrda oldu. == Hekayə == Serialda mahnı yazan Elli ilə rok oxuyan Ostinin hekayələrinin birləşməsiylə reallaşar. Elliin atası musiqi alətləri marketində işlətməkdədir. Ostin ilə Elli bu dükanda qarşılaşar. Elli mahnı yazarkən Ostin onun otağına girər. Ostinin beyninə bu mahnı qazıntınmışdır. Bu mahnının Ellinin mahnısı olduğunu bilmədən oğurlayar və bu mahnıya video çəkər. Bu şəkildə bir gecədə məşhur olan Ostinə Elli çox hirslidir.
Avstraliya və Okeaniya
Okeaniya — Sakit Okean adalarının və bəzən Avstraliyanın da aid edildiyi coğrafi və geosiyasi bölgə. == Coğrafiyası == Okeaniya Sakit okeanın mərkəzi və qərb hissəsində yerləşən adalar qrupuna verilən addır. Ümumi sahəsi 1.3 mln km-ə bərabər olan 7 minə qədər adanı özündə birləşdirir. Coğrafi cəhətdən Şimal yarımkürəsinin subtropik qurşağından Cənub yarımkürəsinin mülayim qurşağına qədər ərazidə yerləşmişdir. Sakit Okean səthinin 2%`-i Okeaniya adalarının payına düşür. Adaların sahəsinin çox hissəsi Yeni Qvineya, Yeni Zelandiya, Havay, Fici, Tuamotu və s. adalarını əhatə edir. Okeaniya adaları belə qruplaşdırılır: Melaneziya (yunanca — "qara adalar") Mikroneziya (yunanca — "kiçik adalar") Polineziya (yunanca — "çoxlu adalar") Yeni Zelandiya — İki böyük və bir neçə xırda adadan ibarətdir.Okeaniya avropalılara XVI əsrdən Fernan Magellanın ilk dünya səyahəti zamanından məlum olmuşdur. Adaların kəşfində və öyrənilməsində Ceyms Kukun, Abel Tasmanın, Fyodor Litkenin, Nikolay Mikluxo-Maklayın, Tur Heyerdalın və başqalarının xidmətləri var. == Təbiəti == Burada materik, vulkan və mərcan mənşəli adalar var.
Bahadır və Sona
Bahadır və Sona (roman) — Nəriman Nərimanovun romanı. Bahadır və Sona (opera) — bəstəkar Süleyman Ələsgərovun Nəriman Nərimanova məxsus eyniadlı faciəvi pyesi əsasında yazdığı opera.
Balaca və Karlson
== Məzmun == Uzaq şəhərlərdən birində, adi bir küçənin ən adi bir evində Balaca adlı bir oğlan yaşayırdı. Ailəsi də adi bir ailə idi – atası, anası, qardaşı və bacısı var idi. Balaca özü də adi bir oğlan idi. Axı yer üzündə o qədər yeddiyaşlı, göygöz oğlan var ki! Onların da qulaqları kirli, şalvarlarının dizi cırıq olur. Ancaq Balaca öz adiliyi ilə razılaşmırdı. O deyirdi: – Mən adi olmaq istəmirəm. Bir gün Balaca evdə tək idi. Pəncərənin qarşısında dayanıb küçəyə baxırdı. Birdən qulağına vızıltı səsi gəldi.